Hadisə
Qusarda 22 ev su altında qalıb, 3 ev tamamilə dağılıb - FOTO
Qusarın Kuzun kəndinə yağan leysan yağışları nəticəsində 22 ev su altında qalıb, 3 ev tamamilə dağılıb.
Bu barədə Report-a Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində kəndin yolları yararsız hala düşüb, elektrik və rabitə dirəklərini və mal-qaranı sel aparıb, arıçılıq təsərrüfatına ciddi ziyan dəyib.
"Kəndin girişindəki körpünün bir hissəsini də su aparıb. Bir çox evlərin divarları uçulub. Yağıntılar 3 saata yaxın davam edib", - deyə komissiya sədri bildirib.
Ş.Fərəməzov hazırda FHK əməkdaşlarının və texnikasının hadisə yerinə cəlb olunduğunu və fəsadların aradan qaldırılması istiqamətində iş aparıldığını qeyd edib.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
