Hadisə
Ağdaşın “sirli məxluqlarını” tuta bilmədilər – POLİS ƏMƏLİYYATI
Bir aydır Ağdaş rayonu Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə məxluqları “tutmaq” mümkün olmayıb.
Kənd bələdiyyəsinin sədri Cəbrayıl Həşimov Publika.az-a açıqlamasında bildirib ki, polis və sakinlər hadisə ilə bağlı kənddə post qurub və səhər saatlarına qədər kəndin giriş-çıxışı nəzarətdə saxlanılıb: “Gecə səhərə qədər kəndin 3 müxtəlif yerindən çağırış gəlib. Polis və sakinlər hər üç evin həyətində baxış keçirib. Məlum oldu ki, səs-küyü həyətdəki itlər salıb. Sakinləri sakitləşdirəndən sonra oradan getmişik. Bir sözlə, bu gecə keçirilən reyd zamanı sakinlərin qorxu içində olduğunu müşahidə etdik”.
Bələdiyyə sədrinin sözlərinə görə, gecə keçirilən reyd, polisin kənddə olması sakinləri bir qədər sakitləşdirib: “Ola bilər ki, bu vaxta qədər kimsə həyətləri gəzib, amma bizim gələcəyimizi bilib, evlərə gəlməyib. Sakinlərdə narahatlığı götürmək üçün bu gecə də, bir neçə gün də reydləri davam etdirəcəyik. Əgər bu sakinlərdəki qorxudan yaranan haldırsa, onları sakitləşdirənə qədər işi davam etdirəcəyik”.
Qeyd edək ki, kənd sakinləri həyətlərində hündür, qara geyimli, başı papaqlı, saqqallı müxtəlif varlıqlar gördüklərini iddia edirlər. Onların sözlərinə görə, həmin varlıqlar evlərə daş atır, səhərə qədər həyətlərdə gəzir, torpağı qazırlar.
Gülxar
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
