Hadisə
Azərbaycanda həkim səhvinin qurbanı olan körpə dəfn edildi
Ötən gün Zaqatala rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 6 aylıq uşaq dəfn edilib.
Publika.az xəbər verir ki, bu barədə ANS-ə məlumat verən uşağın valideynləri körpənin həkimlərin səhlənkarlığının qurbanı olduğunu deyiblər.
Onların sözlərinə görə, xəstəxanada adi sanitar gigiyena qaydalarına belə riayət edilmir. 6 aylıq Səlimın atası Seyfulla Laçınov uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istədiklərini qeyd edərək, həkimin əməliyata israr etdiyini bildirib.
Valideyinlər həmçinin əməliyyat zamanı uşağın daxili orqanlarına mikrob düşdüyünü iddia edir. Onlar Zaqatala rayon Mərkəzi Xəstəxanası barədə şikayət ünvanlayıb və həkimin həbs olunmasına israr edir.
Bu xəstəxana ilə bağlı ilk uşaq ölümü deyil. Bir müddət əvvəl xəstəxanada daha bir uşaq həkim səhlənkarlığının qurbanı olub. Hazırda həmin faktla bağlı araşdırma davam edir.
Mətbuata qapalı olan Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəhmədova ənənəsinə bu dəfə də sadiq qalaraq faktla bağlı açıqlama verməkdən qaçıb. Nəyəsə və ya kiməsə arxayın olan Leyla Seyidəhmədova ANS TV-yə körpə ölümü ilə bağlı heç bir açıqlama verməyib. Seyidəhmədova ona sual ünvanlamağa çalışan müxbirin sözünü “olmaz” deyərək kəsməklə kifayətlənib.
Ötən gün Azərbaycanda xəstəxanada daha bir faciəli ölüm hadisəsi baş verib. Zaqatala rayon Mərkəzi Xəstəxanasında 6 aylıq uşaq dünyasını dəyişib. Zaqatala rayon Mərkəzi Xəstəxanasından ANS-ə ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.
"O, iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçilməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib", - deyə xəstəxanadan bildirilib.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)
