Hadisə
Bakıda polis uşağı yanğından necə xilas etdi? - FOTOLAR
Ötən gün Yasamal rayonunun Abdulla Şaiq küçəsi 48A ünvanında baş verən partlayış hadisəsinin maraqlı görüntüləri ortaya çıxıb.
ANS-in məlumatına görə, Sovetski kimi tanınan ərazidə qeydə alınan hadisə zamanı qaz sızması nəticəsində güclü yanğın olub.
Yanğın zamanı iki elektrik sayğacı və bir neçə metr kabel yanıb. Yanğının evin giriş qapısında başlaması evdə olan azyaşlının çölə çıxmasına imkan verməyib. Dərhal əraziyə Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları cəlb edilib və onlar həmin qız uşağını alovun caynağından xilas ediblər.
Hadisə zamanı ev sahibinin halı pisləşdiyi üçün əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.
Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.
-
Magazin222:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı





































.jpg)
