Hadisə
Zorakılığa dözməyib qaçan qadını əri...
Zorakılığa dözməyərək evindən qaçan qadın əri tərəfindən polisə verilib. Əri iddia edir ki, qadın evdən oğurluq edib.
Teleqraf-ın məlumatına görə, bu haqda "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Qeyd olunur ki, adı açıqlanmayan qadın üzləşdiyi zorakılıq və böhtanla bağlı "Təmiz Dünya" İctimai Birliyinin rəhbərliyinə müraciət edib: "9 il ərdə olub. Ər rəsmi nikaha aparmayıb. Kişi əvvəlki həyat yoldaşından da ayrılıb, bir övladı var. Bu xanımdan isə övladı olmayıb. Xanım 9 il mütamadi zorakılığa məruz qalıb. Hər dəfə ayrılmaq istəyəndə, əri ata və qardaşını öldürəcəyini bildirib. Bir neçə dəfə cəhd göstərib. Ər bildirib ki, qaçsa onu oğru çıxaracaq. Sonuncu dəfə ölüm hədəsi ilə üz üzə gəlib və evdən qaçıb. Hazırda əri, oğurluq iddiası ilə polisə müraciət edib. İddia edir ki, qadın evdən 4min AZN, 5 min dollar və 5 min manat civarında qızıl oğurlayıb. Polis araşdırma aparır. İş prakurorluğa verilib. Araşdırma zamanı qadının zorakılığa mütamadi məruz qalması nəzərə alınmır. Çox gəncdir. Qadın təşkilatlarına müraciət edirəm Bu xanımı xilas edək".
M.Zeynalova bildirir ki, son zamanlar zorakılığa dözməyib evi tərk edənlərə qarşı oğurluq ittihamı irəli sürülməsi adiləşib: "Araşdırma zamanı zorakılıq faktına diqqət etmək lazımdır. Kişilər bu formada əsarətlərini və zoru davam etdirmək istəyirlər. Qıza təklif edilir ki, barışsın, cinayət işi bağlansın. Lakin o bildirir ki, evə qayıdarsa mütələq ölüm təhülkəsilə üzləşəcək".
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi




































.jpg)
