Hadisə
MTN-in tutduğu şəxs həbsxanada öldü
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş, 1969-cu il təvəllüdlü Almas Rəhmət oğlu Qafarov xəstəlikdən ölüb.
Qeyd edək ki, A. Qafarov 2009-cu ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Məlumata görə, Almas Qafarov bir qrup şəxslə qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirib.
Daha sonra Almas Qafarov “Qızılağac” Dövlət Qoruğunun Xəzər dənizi ərazisindəki “Kurkasa” adası yaxınlığında İrandan gələn külli miqdarda narkotik vasitələri qəbul edərək həmin adada gizlədib.
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü




































.jpg)
