Hadisə
Kiş çayı yeni çəkilən alternativ yolu yuyub apardı
Kiş çayı yenə də öz gücünü göstərdi.
Publika.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, gecə saatlarında çayda suyun yenidən artması ilə su alternativ yolu da yuyub aparıb.
"Azəravtoyol" ASC-nin texnikaları və işçi qüvvəsi ötən gündən ərazidə bərpa işlərinə başlamışdı və 4 ədəd 1500 diametrlik borular quraşdırılaraq üzərində müvəqqəti yol salınmışdı. Gecə saatlarına çayın suyunun öz məcrasından çıxması nəticəsində bərpa olunmuş yol tamamilə dağılıb. Hazırda alternativ yolun yenidən bərpası istiqamətində iş aparılır.
Bununla yanaşı, Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində də hazırlıq işləri görülür. Bunun üçün hazırda sözügedən əraziyə xüsusi texnika gətirilir və lazımi tikinti materialı toplanır.
Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometrliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparmış, nəticədə körpünün hər iki aşırımı dağıldığından Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdi.
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü




































.jpg)
