Hadisə
Xəstəxanada daha bir uşaq ÖLÜMÜ
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) uşaq ölümü
baş verib.
Rayonun Ləj kənd sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov
səhər saat 5 radələrində ağır vəziyyətdə xəstəxananın Uşaq
xəstəlikləri şöbəsinə gətirilib. Ancaq körpə xəstəxanada dünyasını
dəyişib.
Məsələ ilə bağlı körpənin valideynləri Daxili İşlər Nazirliyinin
(DİN) "102 xidməti"nə şikayət ediblər.
Lənkəran RMX-nin Uşaq xəstəlikləri şöbəsinin həkimi Südabə
Əliyeva bildirib ki, xəstəyə bütün yardımlar göstərilib və görülən
tədbirlər xəstəlik tarixçəsində öz əksini tapıb: "Xəstə kəskin
respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmaniya, kəskin
ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs
çatışmazlığı vəziyyətində olub. Bütün səylərə baxmayaraq, xəstə
səhər saat 8-də dünyasını dəyişib. Süni nəfəs aparatından ayrılıb.
Bir sözlə, körpə ağır vəziyyətdə olmasına baxmayaraq, valideynləri
onu həkimə çox gec gətiriblər".
Körpənin meyiti Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya
Birliyinin Lənkəran şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. (report)
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü




































.jpg)
