Hadisə
21 yaşlı gənc göldə boğuldu
Son günlər suda boğulanlar siyahısına daha bir nəfər - Göyçay sakini də əlavə olunub.
Publika.az xəbər verir ki, hadisə Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Ləkçılpaq kənd sakini 1995-ci il təvəllüdlü Sənan Ələsgər oğlu Babayev tanışları ilə birlikdə istirahət etdikləri Nohurqışlaq kəndindəki göldə çimib. Lakin 21 yaşlı gənc suya girdikdən bir müddət sonra boğularaq həyatını itirib.
Onun meyitini sudan çıxara bilməyən ətrafdakı insanlar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat veriblər.
FHN əməkdaşları axtarışlar nəticəsində Sənan Babayevin meyitini sudan çıxarıb və meyit müayinə edildikdən sonra təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (anspress)
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO



















.webp)






.jpg)










.jpg)

.jpg)