Hadisə
Qusarda ana və 2 oğlu itkin düşdü
Qusar rayonunda ana və iki azyaşlı övladı itkin düşüb.
Publika.az APA-ya istinadən xəbər verir ki, Qusar rayonu Həzrə kənd sakini Alağayev Sərdar Hürmətulla oğlu 22.06.2016-cı ildə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan həyat yoldaşı 1986-cı il təvəllüdlü Alağayeva Aygün Barəddin qızı, 8 yaşlı yaşlı oğlu Əmrah və 7 yaşlı oğlu Kamranın itkin düşdüyü barədə polisə məlumat verib.
Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, itkin düşən şəxslərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Alağayeva Aygün Varəddin qızının əlamətləri: boyu 160 sm, arıq bədən quruluşlu, uzunsifət, saçlarının rəngi qara, gözləri şabalıdı, düz burun, dişləri təbiidir. Xüsusi əlaməti yoxdur. Evdən çıxarkən əynində yaşıl rəngdə şalvar, ağ rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı, əlində qırmızı rəngli əl çantası olub.
Alağayev Əmrah Sərdar oğlunun əlamətləri: boyu 120 sm, sarı qısa saçları, yumru sifət, gözləri yaşıl, düz burun, dişləri təbiidir. Xüsusi əlaməti yoxdur. Evdən çıxarkən əynində boz rəngdə şortik, göy rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı olub.
Alağayev Kamran Sərdar oğlunun əlamətləri: boyu 115 sm, qara qısa saçları, uzunsifət, gözləri yaşıl, düz burun, dişləri təbiidir. Xüsusi əlaməti yoxdur. Evdən çıxarkən əynində boz rəngdə şortik, göy rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı olub.
Bu şəxslər barəsində məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28- 35, 385-43- 19, (070) 367 -89-66 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO



















.webp)






.jpg)










.jpg)

.jpg)