Hadisə
Qorxunc STATİSTİKA: 130 piyada...
Bu ilin 6 ayında respublikada baş verən 905 yol-nəqliyyat hadisəsinin 388-i piyadaların vurulması ilə bağlı olub.
Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,1%-i (354 hadisə, 113 ölüm, 389 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,4%-i (212 hadisə, 88 ölüm, 184 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,2%-i (120 hadisə, 26 ölüm, 155 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3%-i (21 hadisə, 8 ölüm, 25 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil edib, nəticədə 130 piyada həlak olub, 290-ı xəsarət alıb. 19 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olub, 80 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, xəsarət alanların sayı isə 19 nəfər azalıb.
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI



























.jpg)







.jpg)

.jpg)