Hadisə
Dəhşətli CİNAYƏT: Bankiri betonlanmış çəlləyə salıb və... – TƏFƏRRÜAT
Müstəntiqlər Moskva adına kanalda betonlanmış çəlləyin içində tapılan meyitin şəxsiyyətini müəyyənləşdiriblər.
Publika.az Modern.az-a istinadən xəbər verir ki, o, “Kutuzov” bankının idarə heyətinin sədri Oleq Novoselski olub.
Məlum olub ki, bankiri diri-diri beton tökülən çəlləyin içinə salıblar. Ölümün daha əzablı olması üçün başkəsənlər öz liderləri Aslan Qaqievin əmri ilə çəlləyi Moskva ətrafındakı bankirin bağ evində günəş altına qoyublar.
“Novoselski uzun müddət əzab çəkdikdən sonra ölüb. Bundan sonra Aslan Qaqievin göstərişi ilə çəlləyi Dmitrovski rayonunda Moskva adına kanala atıblar və orada 10 ilə yaxın qalıb”, – hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
Məlum olub ki, 2015-ci ilin aprel ayında dəstənin iştirakçıların biri Qaqievin göstərişi ilə 2005-ci ilin yayında çəlləyi betonlaşmış meyitlə birgə əlbir olduğu şəxslə həmin kanala atıb. Yoxa çıxandan bir neçə gün sonra Novoselskinin yaxınları bu haqda hüquq-mühafizə orqanlarına məlumat veriblər. Bankir axtarılıb, ancaq tapılmayıb. Bununla belə, cinayətkar inandırmağa çalışıb ki, qurbanın şəxsiyyəti yalnız mütəşəkkil cinayətkar dəstənin rəhbəri Aslan Qaqievə məlum olub. O, hazırda Avstriyada ev dustaqlığındadır.
Rusiya hakimiyyəti avstriyalı həmkarları ilə onun ekstradasiyasını hələ ki razılaşdıra bilməyiblər. İstintaq müəyyən edib ki, bankirin Qaqievlə torpaqla bağlı mübahisəsi olub.
Aslan Qaqievin dəstəsi hazırda 2000-ci illərin əvvəllərində 60-dan çox qətldə şübhəli bilinir. Bütün qətllər faktiki olaraq sifariş xarakterlidir və biznesin, yaxud kapitalın bölüşdürülməsi üstündə aradan götürülüblər.
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI


























.jpg)







.jpg)

.jpg)