Hadisə
Şabranda yanğın - FOTO/VİDEO
Şabran rayonunda geniş ərazini əhatə edən yanğın hadisəsi baş verib.
Publika.az RTV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Gəndov kəndi ərazisində biçilmiş taxıl zəmilərində başlayan yanğın 500 hektara yaxın sahəni əhatə edib.
Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yaxınlıqdakı üzüm plantasiyaları yanğından mühafizə olunub.
Havanın küləkli olması alovun qısa müddətdə daha geniş əraziyə yayılmasına səbəb olub.
Buna baxmayaraq, yanğın söndürülüb. Yanğın zamanı Gəndov kənd bələdiyyəsinə məxsus 40 hektar biçilmiş taxıl sahəsi və 260 hektar ərazidə quru kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yaxınlıqdakı fermalar və üzüm bağları yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI


























.jpg)







.jpg)

.jpg)