Hadisə
Polis onları qəlyan çəkdiyi üçün saxladı - BAKIDA
Öncədən təsdiq edilmiş Tədbirlər planının icrası ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin aidiyyəti xidmətlərinin əməkdaşları tərəfindən paytaxtın Səbail, Nərimanov, Binəqədi, Nəsimi və Yasamal rayonlarının ərazisində fəaliyyət göstərən çay evlərində və digər iaşə obyektlərində azyaşlıların qəlyandan istifadə etmələrinin və digər zərərli vərdişlərə qurşanmalarının yoxlanılması məqsədilə vaxtaşırı olaraq reydlər keçirilir.
Bakı şəhər Baş Polis İdarəsindən Publika.az verilən məlumata görə, əməliyyat və profilaktiki tədbirlər nəticəsində ümumilikdə adları çəkilən rayonlardakı ayrı-ayrı obyektlərdə yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman müəyyən edilərək saxlanılıb.
Hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
Bundan əlavə, yetkinlik yaşına çatmayan 3 nəfərin Binəqədi və Nəsimi rayonlarında fəaliyyət göstərən kafe və çay evlərində ofisiant kimi işlədilməsi də müəyyən edilib.
Göstərilən istiqamətdə əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI


























.jpg)







.jpg)

.jpg)