Hadisə
Balakəndə narkotik əkib-becərən şəxs tutuldu - FOTO
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində küllü miqdarda narkotik tərkibli bitkilər əkib-becərən, hazırda Məntəqə Tipli Cəzaçəkmə Müəssisində qeydiyyatda olan Balakən rayon sakini həbs edilib.
Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Gərəkli sahəsinin 10 saylı dolayında kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib, həmçinin ərazidə gecələmək üçün ağac budaqlarından düzəldilmiş sığınacaq, qida məhsulları və iş üçün əhəmiyyət kəsb edən əşyalar aşkar edilib.
Hal şahidlərinin iştirakı ilə ərazidən hündürlüyü 50 sm-dən 3 m-ə qədər olan, ümumi çəkisi 315 kq olmaqla 611 ədəd çətənə kolları yığılıb. Keçirilmiş tədbir nəticəsində çətənə kollarını əraziyə əkənin Balakən rayonu Gərəkli kənd sakini 1986-cı il təvəllüdlü Tərlan Şarafaddin oğlu Alibekovun olduğu müəyyən edilib. Tərlan Alibekov istintaqa verdiyi ilkin ifadəsində əraziyə narkotik bitkiləri əkməsini inkar edib. Lakin çətənə kolları əkilən ərazidəki sığınacaqda qanunsuz saxladığı ov tüfəngi ilə çəkdirdiyi şəkili ona göstərdikdən sonra T.Alibekov törətdiyi cinayəti etiraf edib. Tərlan Alibekovun yaşadığı evə baxış zamanı onun qanunsuz saxladığı bir ədəd qoşalülə 20 kalibrli, 8891 nömrəli ov tüfəngi maddi sübut kimi götürülüb.
Məlumatda bildirilir ki, Tərlan Alibekov əvvəllər CM-nin 234.4.3
maddəsi ilə məhkum olunub, hazırda Şabranda yerləşən 3 saylı
Məntəqə Tipli Cəzaçəkmə Müəssəsində qeydiyyatdadır.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Elm və təhsil11:40Azərbaycan elminə ağır itki - Professor Surxay Əkbərov vəfat etdi
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı




































.jpg)
.jpg)
