Hadisə
Salyandakı dəhşətli qəzanın görüntüləri YAYILDI: 10 nəfər... - VIDEO (YENİLƏNİB)
Salyanda sərnişin daşıyan mikroavtobusunun aşması, 10 nəfər Neftçala rayon sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Publika.az CTV-yə istinadən (Region TV) xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan-Neftçala marşrut xətti ilə sərnişin daşıyan Elman Məmmədov idarə etdiyi “Ford” markalı mikroavtobusu ilə hərəkətdə olarkən hava dumanlı olduğundan qarşıdan keçən iribuynuzlu heyvan sürüsünü vurub.
Hadisə zamanı idarəetməni itirən mikroavtobus yolun kənarına aşıb. Qəza nəticəsində mikroavtobusda olan 13 sərnişindən 10-u müxtəlif dərəcəli yüngül xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Heyvan sürüsündəki inəklərdən biri tələf olub, digəri isə yaralanıb.
Elman Məmmədov – sürücü: “Heyvanı vurmamaq üçün əyləci basdım. Avtomobil fırlanaraq heyvanlardan ikisinə dəydi.”
Ramazan Əhmədov - həkim: “Onlara ilkin tibbi yardım göstərilib. Bəziləri ambulator tibbi yardım alaraq evə buraxılıb, bir nəfər isə müayinədədir.”
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
09:09
Salyan-Bakı marşrutu üzrə işləyən mikroavtobus aşıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan-Neftçala magistralının Ərəbqardaşbəyli ərazisindən keçən hissəsində sərnişin daşıyan mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO

























.png)












.jpg)
