Hadisə
Xırdalan səhəri güllə səsləri ilə açdı - FOTOLAR (YENİLƏNİB)
“Xırdalanda sahibsiz itlər icra hakimiyyəti tərəfindən zərərsizləşdirilməyib”.
Bunu Publika.az-a açıqlamasında Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov deyib.
Onun sözlərinə görə, Xırdalanda itlərin öldürülməsi barədə xəbəri mətbuatdan oxuyub və araşdırıblar.
“Məlum oldu ki, heyvanlar bizim tərəfimizdən öldürülməyib. Onları kimin öldürdüyünü bilmirik. Hər halda bunun üçün araşdırma aparılmalıdır. Ola bilər ki, itləri sakinlər arasından kimsə öldürüb. Çünki müxtəlif vaxtlarda sakinlər küçə itlərinin onları və uşaqlarını narahat etməsi, qorxuya salması barədə müraciətlər edirdi”.
***
12:21
1Xəbər.com xəbər verir ki, bugün səhər saatlarında Xırdalan sakinləri güllə səslərinə oyandı.
Əvvəlcə hamı hansısa quldur dəstəsinin polis tərəfindən zərərləşdirilməsini zənn edib küçəyə çıxsa da, sonradan gördükləri mənzərə qarşısında şoka düşüblər.
Belə ki, şəhərin əsas prospekti olan Heydər Əliyev pr. boyu sahibsiz itlərin al qana boyanmış cəsədləri sıralanıb.
Məlum olduğu kimi, hazırda sahibsiz itlərlə mübarizə vasitəsi kimi - dövlət bu asan və vəhşiliyi ehtiva edən yolu qadağan edir.
Əvəzində - dövlət büdcəsindən vəsait ayrılaraq sahibsiz it və pişiklərin saxlanılması üçün şəhər kənarında xüsusi ərazi ayrılıb.
Ancaq deyəsən, Abşeronun icra hakimiyyətinin işçiləri özlərinə əziyyət verməmək üçün asan və bununla da amansız yolu seçir. Həm də hər kəsin gözü qarşısında...
Təqdim etdiyimiz fotodan da göründüyü kimi itlərə qarşı terror Xırdalanda yanacaq doldurma stansiyasının qarşısında həyata keçirilib. Ətraf yaşayış evləri ilə dövrələnib. Hədəfdən kiçicik bir yayınma böyük fəlakətlə nəticələnə bilər. Eyni zamanda hadisə şahidləri üçün güclü stress yaşadan bu hərəkətlərə görə cavabdeh orqanlardan yaxın saatlarda izahat tələb edəcəyik.
Xatırladaq ki, bu ərəfə itlərin balalama mövsümü sayıldığı üçün öldürülən itlərin boğaz olduğu fotolardan aşkar görünür.
Gülxar
-
Maraq dünyası15:19Dünyanın ən nadir metalının adı açıqlandı - Qramı milyonlarla dollara başa gəlir
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"







































.png)