Hadisə
Şəkidə qanlı OLAY: əmisini bıçaqladı, əmisi arvadını yabaya keçirdi
Şəkidə qanla nəticələnən hadisədə qardaşoğlu Rusiyadan gələn əmisini bıçaqladı, arvadını isə yabaya keçirdi.
Publika.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə Şəkinin Cəfərabad kəndində qeydə alınıb. Rusiyanın Tümen vilayətində qeydiyyatda olan Qiyas Rüstəmov və həyat yoldaşı Lyudmila Sazanova bir neçə gün əvvəl Cəfərabad kəndinə qonaq gəliblər.
Orada Qiyas Rüstəmovun qardaşı oğlu Vüsal Rüstəmovla mübahisəsi düşüb. Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib.
Müxtəlif xəsarətlər alan Qiyas Rüstəmov və onun həyat yoldaşı Lyudmila Sazanova xəstəxanaya çatdırılıb.
Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
MDB10:40Rusiya ordusu Kiyevin ən güclü İstilik Elektrik Stansiyasını vurdu
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər



































.jpg)
.jpg)
