Hadisə
Baba nəvəsinə narkotik ötürmək istəyərkən yaxalandı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsinin
və tabe qurumların əməliyyat aparatlarının birgə fəaliyyəti
nəticəsində son gün ərzində cəzaçəkmə müəssisələrinə narkotik
vasitələrin və psixotrop maddələrin ötürülməsi ilə bağlı üç cəhdin
qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən
Publika.az-a verilən məlumata görə, həyata
keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Müalicə
Müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 263.2 və 264-cü
maddələri ilə təqsirli bilinərək həbs edilmiş Şahmarlı Fərid Faiq
oğlunun yanına qısamüddətli görüşə gəlmiş babası Quliyev Mehman İsa
oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman 0,604
qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb.
Müalicə Müəssisəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daha bir fakt qeydə alınıb. Müəssisədə saxlanılan, Cinayət Məcəlləsinin 126.3, 221.3 və 66.3-cü maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş Şərifov Ehtiram Bəxtiyar oğlunun yanına qısamüddətli görüşə gəlmiş dostu Həşimov Zamir Əhədəli oğlunun üzərinə baxış keçirilən zaman corabının alt hissəsindən 1 ədəd sellofana bükülmüş 2,689 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
Növbəti fakt Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 66.5 maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Məlikov Rəfael Mahir oğluna dayısı Kərimov İkram Balaqardaş oğlunun gətirdiyi sovqata baxış keçirilərkən 11 ədəd karamel konfetin içərisindən sellofana bükülmüş, çəkisi 1,916 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Hər üç fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim edilib.
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
MDB10:40Rusiya ordusu Kiyevin ən güclü İstilik Elektrik Stansiyasını vurdu
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər



































.jpg)
.jpg)
