Hadisə
Prokuror Əsədə qarşı vuruşanlara 15 illik həbs cəzası istədi
Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı vuruşmaqda təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun mühakiməsi davam edib. İclasda dövlət ittihamçısı çıxış edib və müttəhimlərin hər birinə 15 illik həbs cəzası istəyib.
Prokuror çıxışını belə əsaslandırıb ki, məhkəmə hər iki təqsirləndirilənin cinayətini sübuta yetirib.
Prokuror çıxışında bildirib ki, Nicat Abbasovla Hüseyn Məmmədovun terror təşkilatı kimi tanınan «Cəbhətul əl-Nüsra» və «Cundullah Şam Dəvəti İbrahim» adlı silahlı birləşmələrin tərkibində iştirakı məhkəmə yolu ilə sübuta yetirilib.
Hüseyn Məmmədov ifadəsində göstərib ki, 11 ildir ibadətlə məşğuldur və Suriyaya da müsəlman qardaşlarına kömək etmək üçün gedib. O, əməllərini cinayət hesab etmir və düşünür ki, «hər bir müsəlman qardaş belə addım atmalıdır».
Nicat Abbasov da özünü təqsirli bilməyib. «Skype»la tanış olduğu şəxslərin vasitəsilə Suriyaya gedərək tərkibi azərbaycanlılardan ibarət olan «Cundullah Şam Dəvəti İbrahim» adlı silahlı dəstəyə qoşulduğunu etiraf edib. O, bu addımı «müsəlman qardaşlara kömək» adlandırıb.
Məhkəmə iclası mayın 22-də davam etdiriləcək.
-
Magazin119:50Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO
-
Nida Xəbər 19:45Prezident Xocavənd rayonunun Quzeyxırman kəndində oldu - FOTO/YENİLƏNDİ
-
Magazin219:30Məşhur teleulduz gənc və təravətli qalmaq üçün QAN İÇİR - VİDEO
-
Sosial18:30UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
Region17:50Paşinyan keçmiş deputatlardan niyə milyonlarla təzminat tələb edir?
-
Ekologiya16:50Alimlərdən xəbərdarlıq: İstixana qazı emissiyaları azaldılmasa...
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi



























.webp)










