Hadisə
"Elə bildim ki, daş yağır" – Güclü külək Füzulini iflic elədi – FOTO/VİDEO
Qarabağ bölgəsində yenə güclü külək əsib. Bu dəfə külək Füzuli rayonu ərazisində, məcburi köçkünlərin məskunlaşdığı "Qayıdış 4" qəsəbəsində fəsadlar törədib. Külək yaşayış evlərinin və yardımçı tikililərin dam örtüklərini, eləcə də onlarla ağacı kökündən qoparıb.
Elektrik naqillərinin qırılması nəticəsində uzun müddət qəsəbəyə enerjinin verilməsində fasilə yaranıb. Qəsəbənin kommunal xidmətləri, demək olar kı, işləməyib. Sakinlərdən xəsarət alan olmayıb.
Əzizə Mahmudova - zərərçəkən: "İldırım çaxırdı, qalxdım ki, görüm nədir. Elə bildim ki, evin üstünə daş yağır. Sonra yoldaşım dedi ki, daş deyil, evin damını uçurur külək".
Afiq Xuduyev - zərərçəkən: "Külək burulğan kimi evlərin damını uçurub metrlərlə uzağa apardı. Toku-zadı hamısını qırıb-töküb yerə".
Küləyin vurduğu ziyan rayon fövqəladə hallar komissiyası tərəfindən araşdırılır. (Region TV)
-
MDB15:47Məşhur italiyalı yazıçı Moskvanı ağız dolusu təriflədi: Gördüyüm ən müasir şəhərdir!
-
MDB15:38Rusiyadan növbəti nüvə təhdidi: "Səbrimiz sonsuz deyil!"
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
MDB14:00Ukrayna Kurtovkanı belə itirdi - VİDEO
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir
-
İdman11:00Günün oyunları - AFİŞA
-
MDB09:38Ukraynanın metallurgiya zavodları vuruldu




















.png)

















