Yaxın Şərq
İrandan ABŞ-a xəbərdarlıq: Yeni hücum olarsa, “sürpriz silahlar” işə düşəcək
İran ABŞ-ın Yaxın Şərqdəki obyektlərinə qarşı yeni silahlardan istifadə edə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebi “Fars”a bildirib.
Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı hücumları yenidən başlayacağı təqdirdə Tehran özünün müdafiə və cavab hücumlarının coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək.
“Yeni hücum olacağı təqdirdə müdafiəmizin və cavab hücumlarımızın coğrafiyası, şübhəsiz ki, əhəmiyyətli dərəcədə dəyişəcək. Dəyişikliklər silahlara da aid olacaq. Dünyanı heyrətə gətirəcək yeni silahlardan istifadə edəcəyik”, - deyə SEPAH nümayəndəsi bildirib.
Möhebi qeyd edib ki, İranın hədəfləri də əvvəlkilərdən fərqlənəcək. Onun sözlərinə görə, Tehran indiyədək zərbə endirilməyən yeni hədəflərin siyahısına malikdir.
Müəllif: Adəm Abbaslı
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
































.jpg)

