Hadisə
Ermənilərdən növbəti yanğın təxribatı – FOTO/VİDEO
Ermənilər Tərtər rayonunun işğal altında olan ərazilərində yanğınlar törədiblər.
Ötən gün saat 19 radələrində başlayan yanğın qısa zamanda genişlənib. Havanın küləkli olması alovun yayılmasını sürətləndirib. Yanğın təmas xəttini keçib. Bu da Tərtərin Qapanlı və Yuxarı Qaradağlı kəndlərində taxıl zəmiləri üçün təhlükə yaradıb.
Sakinlər müxtəlif vasitələrdən istifadə edərək alovun taxıl sahələrinə keçməsinin qarşısını almağa çalışıblar. Tərtər Yanğından mühafizə hissəsinin əməkdaşları əraziyə cəlb ediliblər.
Alov taxıl zəmilərinin təxminən 50 metrlik məsafəsində
məhdudlaşdırılıb: ”Hamı sahəsinin başındadır. Yanğınsöndürənlər
burada olmasaydılar, alov taxıl zəmilərinə keçəcəkdi”, - deyə
Yuxarı Qaradağlı kənd sakini Anar Cabbarov bildirib.
Alovun zəmilərə keçməsinin qarşısı alınsa da, yanğınlar digər
ərazilərdə səhər saatlarına qədər davam edib. (Region TV)
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
-
Magazin200:45Kıvanç Tatlıtuğun evində bədbəxt hadisə: Xidmətçi damdan yıxıldı, reanimasiyaya yerləşdirildi
-
Magazin213 Sentyabr 21:45"Kurtlar Vadisi"nin ssenaristləri polisə çağırıldı



























.webp)









