İdman
“Qəbələ komandamıza motivasiya verdi”
“Qəbələni bu gözəllikdə görmək məni heyrətləndirdi”.
Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Atıcılıq üzrə Tailand yığmasının baş məşqçisi Alona Fedorova deyib. O, komandasının burda çox yaxşı qarşılandığını bildirib:
“Mən Tailand millisinin məşqçisi vəzifəsini yerinə yetirirəm. Lakin Ukrayna əsilliyəm. Azərbaycanı yaxşı tanıyıram. Bakıdan sonra Qəbələni bu gözəllikdə görmək məni heyrətləndirdi”.
Ukraynalı çalışdırıcı qeyd edib ki, Qəbələdəki Atıcılıq Klubunda zallar, atıcılıq otaqları hər təsnifata görə dəqiqliklə hazırlanıb:
“Bu gözəlliyin verdiyi müsbət aura öz sözünü komandamızın bir üzvünün artıq Rio de Janeyrodakı Dünya Kubokuna lisenziya qazanması ilə dedi”.
Qeyd edək ki, Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var