Akrobatlarımız qızıl və gümüş medal qazandı
Bizi izləyin

İdman

Akrobatlarımız qızıl və gümüş medal qazandı

Rusiyanın Velikiy Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Volkov Cup” ənənəvi beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Publika.az-a bildiriblər ki, turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və digər postsovet ölkələri ilə yanaşı, Almaniya və İsraildən də akrobatlar iştirak ediblər.

Yarışda 12-18 yaşlılar qrupunda yer alan təmsilçilərimiz Nurcan Cabbarlı və Ağasif Rəhimovdan ibarət qarışıq cütlüyümüz üç çıxışın nəticələrinə əsasən 84.100 xal toplayaraq qızıl medal qazanıblar.

Seymur Cəfərov - Murad Əkbərov cütlüyü isə 84.800 xalla gümüş medala sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm