İdman
Voleybolçularımız iş başında – Çempionat açıq elan olundu
Noyabrın 6-da qadın voleybolçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə iştirakçı komandaların paradı olub.
Tədbirdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Vaqif Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.
Bildirib ki, start götürən çempionat ötən ilki yarışlardan fərqlənir. Bu mövsüm çempionatda Gürcüstanın “Tbilisi” və yerli gənc oyunçulardan ibarət “Gənclik” komandaları mübarizə aparacaq. Hər iki komandanın çempionatda iştirakı 2017-ci ildə Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Bu yarışda onlar ustalıq səviyyələrini artıracaq və püxtələşəcəklər.
Azərbaycanın dörd klubunun avrokuboklarda mübarizə apardığını diqqətə çatdıran vitse-prezident komandalarımıza hər iki yarışda uğurlar arzulayıb.
Yarışın dünyanın ən güclü milli çempionatlarından biri olduğunu söyləyən Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçuva komandalarının Azərbaycanda çıxış etməsinə razılıq verdiyi üçün Milli Olimpiya Komitəsi və AVF-ə təşəkkürünü bildirib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
Qeyd edək ki, çempionatda “Azəryol”, “Azərreyl”, “Lokomotiv”, “Telekom”, “Gənclik” və “Tbilisi” klubları mübarizə aparacaq.
-
Dünya05:45Bu ölkədə əhali sayına limit qoyulacaq - 10 milyonu keçməsin!
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal











.jpg)

















.jpg)




