İdman
Azərbaycan Dünya Kubokunda medalsız qaldı
Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi batut gimnastikası üzrə Dünya Kuboku Bakıda sona çatdı.
Təsnifat mərhələləri kimi finallar da Milli Gimnastika Arenasında yaradılmış çox səmimi ab-havada keçdi. Yüksək təşkilatçılıq təkcə yarışların rəvan keçməsinə deyil, həmçinin bu bazar günü zalı dolduran gimnastika azarkeşlərinin xoş istirahətinə səbəb oldu.
Publika.az xəbər verir ki, kişilər arasında fərdi çıxış proqramında qalib adına Olimpiya Oyunlarının gümüş medalçısı, Rusiya idmançısı Dmitriy Uşakov layiq görüldü. O, həmçinin sinxron cütlüklər arasında Nikita Fedorenko ilə birlikdə qızıl medal sahibi oldu. Fərdi çıxış proqramında "gümüş" və "bürünc" müvafiq olaraq Vladislav Qonçarov (Belarus) və Dieqo Qonçinyonun (Portuqaliya) hesabına yazıldı. Bu iki idmançı öz tərəfdaşları ilə birgə (Belarusdan Nikolay Kazak və Portuqaliyadan Diyeqo Abreu) sinxron çıxış proqramı üzrə də nəticələrini təkrar etdilər.
Qadınlar arasında fərdi çıxış proqramının finalında “qızıl” və “gümüş” Belarusdan olan gimnastların (Hanna Harçonak və Tatyana Petrenya) hesabına yazıldı. Böyük Britaniya təmsilçisi Ketrin Driskol isə fəxri kürsünün 3-cü pilləsinə yüksəldi.
Sinxron çıxış proqramında ilk üçlüyə Belarusdan olan cütlük (Hanna Harçonak və Tatyana Petrenya) başçılıq edir. Onların ardınca isə Ukrayna (Natalya Moskvina və Marina Kiyko) və Rusiyadan (Yana Pavlova və Viktoriya Voronina) olan cütlüklər gəlir.
Azərbaycan yığma komandasının (kişilər - İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov; qadınlar - Svetlana Makştarova və Sabina Zaytseva) çıxışları tamaşaçılar tərəfindən xüsusi hərarətlə qarşılandı. Azərbaycan ilk dəfə ölkəmizdə cəmi iki ildir ki inkişaf edən batut gimnastikası üzrə yarışların üç final mərhələsində təmsil olundu. Finalda ən yaxşı nəticəni sinxron cütlük Dmitriy Fedorovskiy və Ruslan Ağamirov göstərdi. Onlar medalın bir addımlığında qərarlaşdılar (4-cü yer).
Yüksək təşkilatçılıq səviyyəsi, idmançıların əməyi, könüllülərin səmimiyyəti və ümumiyyətlə bizim doğma şəhərin qonaqpərvərliyi sayəsində Bakıda keçirilən növbəti gimnastika bayramı baş tutdu.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?