İdman
YENƏ DOPİNQ: Daha bir idmançımız...
Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb.
Publika.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranı Sərdar Həsənov da var. Belə ki, Pekin-2008-də 31 yaşlı idmançımızdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində dehidroxlorometiltestosteron aşkarlanıb. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası Həsənovu, həmçinin Tiqran Martirosyan (Ermənistan) və Sibel Ozkanı (Türkiyə) yekun qərar verilənədək bütün yarışlardan kənarlaşdırıb. Əgər dopinqdən istifadə təsdiqlənərsə, onların cəzaları açıqlanacaq.
Maraqlıdır ki, Çinin paytaxtında 62 kq çəki dərəcəsində podiuma çıxan Sərdar çıxışını başa vurmayıb. O, birdən qaldırma hərəkətində 3-cü cəhdində 128 kq çəkini ram etsə də, təkanla qaldırmada sifariş etdiyi 152 kq çəkinin öhdəsindən gələ bilməyib.
Qeyd edək ki, Həsənova kimi yığmamızın digər üzvü Boyanka Kostova da London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırılıb. Onun orqanizmində dehidroxlorometiltestosteron və stanozolol maddələri aşkarlanıb. Milliləşdirilmiş legionerimiz Beynəlxalq Ağır Atletika Federasiyasının yekun qərarını gözləyir.
Kostova və Həsənovdan fərqli, ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunublar. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb və yığmamız Rioya qazandığı 4 lisenziyadan məhrum edilib.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU





































