İdman
Xəbərdarlıq etdi: Burada oynamaqdan qürur duymayan hər kəs getməlidir
“Tottenhem”in baş məşqçisi Roberto De Dzerbi yarımmüdafiəçi Lukas Berqvallın komandadan ayrılacağı ilə bağlı şayiələrə münasibət bildirib.
Publika.az xəbər verir ki, mütəxəssis “Tottenhem”də oynamaq istəməyən oyunçuları komandada görmək istəmədiyini bildirib.
“Tottenhem”də işləməyə başladığım ilk gündən çox açıq şəkildə demişdim: burada qalmaq istəməyən, bu klubda oynamaqdan qürur duymayan hər kəs ayrılmalıdır.
Mənə burada olmaqdan xoşbəxtəm və qürur duyan, “Tottenhem”ə meydana böyük motivasiya ilə çıxan oyunçular lazımdır. Motivasiya bu günlərdə futbolda həlledici amildir – bu, Dünya Kubokunda özünü daha aydın şəkildə göstərirdi.
Motivasiya bu komandada oynamaq istəyi ilə başlayır. Hələ ki, Lukasla danışmamışam, amma yaxın günlərdə danışacağam. Klub, Lukas, mənim və hamımız üçün ən yaxşı qərarı verəcəyik – heç bir problem olmadan. Lukas həqiqətən də böyük istedaddır.
Heyətdə yer uğrunda rəqabət ciddi olacaq, çünki düşünürəm ki, sonda hər mövqedə iki oyunçumuz olacaq.
Əgər o qalmaq istəsə, mən məmnun olaram. Əks halda, başqa bir həll yolu tapmalı olacağıq. Bir oyunçu getmək qərarına gəldikdən sonra, bu, artıq mənim məsuliyyətim deyil”,- “BBC Sport” De Dzerbidən sitat gətirib.
Müəllif: Tural
-
İdman22:00Azərbaycan-Lixtenşteyn matçı qolsuz bitdi - YENİLƏNDİ
-
ABŞ21:48Putin Trampın xanımına müraciət etdi - “Heç bir istehza olmadan...”
-
Nəqliyyat21:24Tbilisiyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni qaydalar tətbiq olunur
-
Magazin120:36Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Magazin218:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi












.jpg)


















.jpg)

