“Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB
Bizi izləyin

İdman

“Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB

“Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB

Görüşün 10-cu dəqiqəsində "Qarabağ"ın futbolçusu Riçard Almeyda hesabı açdı. Bundan 17 dəqiqə sonra isə həm komandasının, həm də özünün ikinci qolunu vurdu.

***

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi start götürəcək.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu mövsüm avrokuboklarda ilk oyununa çıxacaq. “Köhlən atlar” Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.

Son iki mövsümdə ÇL-də ilk mərhələni uğurla adlamağı bacaran “Qarabağ” “Düdelanj”ı keçə bilsə, Avroliqanın pley-offunda oynamaq şansı qazanacaq.

Ağdam klubu bundan əvvəlki iki mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Amma indi “Köhlən atlar”ın əsas hədəfi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır.

Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi, ilk oyun

12 iyul

21:00 Qarabağ (Azərbaycan) - Düdelanj (Lüksemburq) 2:0

Almeyda, 10-p; 27.

Baş hakim: Orel Qrinfild

Köməkçi hakimlər: Danni Krasikov, İdan Yarkoni

Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)

Hakim-inspektor: Zdravko Yokiç (Serbiya)

UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm