Nida Xəbər
Sumqayıt şəhərində sakinlərlə görüş keçirildi
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaş müraciətlərinin yerində öyrənilməsi və mövcud məsələlərin operativ həlli məqsədilə şəhərin 18-ci mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul keçirib.
Publika.az xəbər verir ki, qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər məşğulluq imkanları, sosial təminat, yaşadıqları ərazidə görülən abadlıq-quruculuq işləri, kommunal xidmətlərin təşkili, məhəllədaxili yolların vəziyyəti və digər sosial-məişət məsələləri ilə bağlı müraciət və təkliflərini diqqətə çatdırıblar.
Şəhər rəhbəri vətəndaşların qaldırdıqları məsələləri diqqətlə dinləyərək onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi tapşırılıb.
Qeyd olunub ki, Sumqayıt şəhərində vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin müraciətlərinə həssas yanaşılması və problemlərin yerində öyrənilərək həlli istiqamətində səyyar qəbullar mütəmadi olaraq davam etdirilir.
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?


































.jpg)
