İdman
“Beşiktaş” super transferə hazırlaşır
Türkiyə çempionu “Beşiktaş” heyətini dünya çempionuyla gücləndirmək niyyətindədir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qara qartallar” alman yarımmüdafiəçi Bastian Şvaynştaygerə görə “icarə+transfer” şərti ilə “Mançester Yunayted”ə təklif göndərib.
7 illik fasilədən sonra Çempionlar Liqasında mübarizə aparmaq şansı qazanan “Ağ-qaralar” qrupdan çıxmağı hədəfləyib. Avropa səhnəsinə ulduzla qayıtmağı düşünən klub rəhbərliyi bu üzdən Almaniya millisinin kapitanını seçib. Ondan əvvəl Aryen Robbenə maraq göstərilsə də, hollandiyalı futbolçu “Bavariya”dan ayrılmaq istəmədiyini bildirmişdi.
Zədə üzündən ötən mövsüm yaşıl meydanlarda az-az görünən və MY-nin yeni çalışdırıcısı Joze Mourinyonun gələcək planlarına daxil edilməyən Bastianla danışıqlar başlanıb. Həmçinin İngiltərə klubundan da cavab gözlənilir.
Pərviz Hikmət
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO






















.webp)










