Təəssüf, belə alındı - “Lill”in baş məşqçisi
Bizi izləyin

İdman

Təəssüf, belə alındı - “Lill”in baş məşqçisi

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qəbələ”yə 0:1 hesabıyla uduzaraq mübarizəni dayandıran “Lill”in baş məşqçisi Frederik Antonetti oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Antonetti oyunla bağlı bunları deyib:

- Hər iki komanda layiqli mübarizə apardılar. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Komanda yaxşı oyun sərgilədi. Təəssüf belə alındı.

- Bu məğlubiyyəti gözləyirdiz?
- “Qəbələ”yə qarşı Fransadakı oyun çətin keçmişdi. Həmin oyundan sonra rəqibin güclü olduğunu bilirdik. Bu oyunda qələbə qazanacağımıza ümid etsək də, alınmadı.

- Rəqibi necə qiymətləndirərdiz?
- Sadəcə olaraq super. Rəqib yüksək səviyyəli oyun sərgilədi.

- Oyuna hazırlıq hansı səviyyədə təşkil edilmişdi?
- Bu oyuna yüksək səviyyədə hazırlaşmışdıq. Ancaq təəssüf ki, belə alındı.

- Püşkatmadan sonra “Qəbələ”ni rahat keçəcəyinizi düşünmüşdüz? Xatırladım ki, bu günə kimi heç bir Azərbaycan klubu Fransa təmsilçilərini məğlub edə bilməmişdi.
- Oyundan əvvəl “Qəbələ”nin oyunlarını izləmişdik. Bu komandanın yüksək səviyyəli oyunçulardan təşkil olunduğunu bilirdik. Bu gün də layiqli qələbə qazandılar. Hər iki komanda eyni səviyyədə idi. Düşünürəm ki, “Qəbələ”yə taktikada uduzduq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm