Futbolçular Zidanın başına oyun açdı - VİDEO
Bizi izləyin

İdman

Futbolçular Zidanın başına oyun açdı - VİDEO

UEFA Superkubokunda “Sevilya” üzərində qələbədən sonra “Real”ın baş məşqçisi Zinəddin Zidan mətbuat konfransında gözlənilməz hadisəylə üzləşib.

Publika.az xəbər verir ki, madridli futbolçular konfrans zalına daxil olaraq Zidanın başına yığışıblar və onu isladıblar. “Çempionlar, Çempionlar” qışqırıqlarıyla zala daxil olan futbolçular mətbuat konfransınının işini pozub.

Qeyd edək ki, dünən Norveçin Tronheym şəhərində baş tutan oyunun əsas vaxtı 2:2 bitib. Qələbə topunu isə uzatma dəqiqələrində “Real”ın müdafiəçisi Daniel Karvahal vurub.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm