“Fənərbağça”nın sabiq futbolçusunu öldürdülər
Bizi izləyin

İdman

“Fənərbağça”nın sabiq futbolçusunu öldürdülər

Bir vaxtlar “Fənərbağça”nın formasını geyinən Dalian Atkinson polislə münaqişə zəminində şok aparatının təsirindən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, dünən gecə Telford qəsəbəsindən gələn bildiriş sonrası hadisə yerinə yollanan polis dəstəsi münaqişə zəminində 48 yaşlı Dalianı şok tapançasıyla zərərsizləşdirib. Dərhal xəstəxanaya aparılan sabiq futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Eyni zamanda polisin nəyə görə şok tapançasından istifadə etdiyi məlum deyil.

İngiltərə mətbuatı asayiş keşikçilərinin özlərini Atkinsondan qorumaq üçün şok cihazına əl atdığını iddia edir. Elektrik enerjisinin təsiriylə yerə yıxılan sabiq futbolçunun ürəyinin dayandığı deyilir.

1991-1995-ci illərdə “Aston Villa”nın heyətində 85 oyuna 23 qol vuran Atkinson “Fənərbağça” rəhbərliyinin diqqətini çəkib. 1995/96 mövsümündə sarı-lacivərdli formayla 21 oyuna çıxan sabiq hücumçu 10 dəfə rəqib qapılarına yol tapmışdı. İngilis futbolçu Kadıköydə “Qalatasaray”la oyunda het-trik edən yeganə legioner statusunu daşıyırdı.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm