İdman
Rio-2016: Azərbaycan 14-cü medalını qazandı
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Publika.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verib. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirib. İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.
O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə qarşılaşıb. Polşalı güləşçi də həmyerlimizə ciddi müqavimət göstərə bilməyib. Nəticədə görüşü 7:0 hesablı üstünlüklə tamamlayan Şərifov adını yarımfinala yazdırıb.
Güləşçimizin final yolunda son rəqibi dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayev (Rusiya) olub. "Rus tankı" ləqəbli güclü rəqibi ilə mübarizədə Şərifin gücü yalnız 1 xal almağa çatıb - 1:8.
Onun mükafatlar uğrundakı sonuncu rəqibi venesuelalı Pedro Francisco Ceballos Fuentes olub. İlk hissədə rəqibini minimal fərqlə üstələyən Şərif ikinci hissədə fəallaşaraq fərqi artırıb və 5:1 hesabı ilə qalib gələrək bürünc mükafata sahib çıxıb.
-
ABŞ14:05Kosmosda nüvə müharibəsi - ABŞ və Britaniya təcili hərəkətə keçdi
-
Sosial13:19İki idarə rəisini vəzifədən azad etdi
-
Maraq dünyası11:55Bu 3 bürc daha tez varlanır
-
İqtisadi gündəm10:51Yenilənmiş 100 manatlıq pul nişanı buraxılır - FOTO
-
Region10:00Qərbin Cənubi Qafqazda planı budur - Lavrovdan sensasion iddia
-
Dünya09:48Dubayın varlıları bu ölkəyə qaçır - Əmlak almaq üçün növbə yaranıb
-
Dünya09:12Qərb çəkilir: Moskva və Pekinin qlobal nizamı dəyişdirmək planı bəlli oldu
-
Magazin208:12Attraksiondan yıxılan müğənni həyatını itirdi





































