İdman
Avropa çempionumuz ömürlük cəza almamışdan öncə görün nə edib? – VİDEO
18 nəfər azərbaycanlı ağır atletin dopinq qəbul etməkdə günahlandırılıb cəzalandırılması barədə məlumat vermişdik.
Xatırladaq ki, Avropa çempionumuz Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya olmuşdu. Karyerasını bitirən idmançının bundan sonra nə işlə məşğul olacağı maraq doğururdu.
Zülfüqar Süleymanov “Facebook”-da təlim məşq zamanı çəkilmiş videosunu paylaşıb.
Onun məşqçi kimi zala qayıtdığını düşündük və idmançıya suallarımızı ünvanladıq. Publika.Az-a danışan Süleymanov videonun çəkilmə tarixi barədə məlumat verdi: “Bu video martın 6-sı 2014-cü il tarixində məşq zamanı çəkilib. Yəni məlum məsələlər olmamışdan 2 gün öncə ...”
Həmin videoda 138 kq-ın öhdəsindən gələn idmançı məşqçi kimi fəaliyyətini davam etdirib- etdirməyəcəyi ilə bağlı suala o, belə cavab verdi: “Məşqçi kimi hər hansı bir yerə təyin olunmamışam. Bilmirəm mümkündür, ya yox? Zirvə klubundan mənə boş qalmayım deyə, “buyur, zalda məşğul ol” deyilib. Məşqlərdə iştirak edirəm”.
Aygün İlqarqızı
-
Magazin220:00İran raketləri "gecənin sehri"ni pozdu - Şakira ilk konsertini ləğv etdi
-
MDB19:48Tokayev Ərdoğanın bu təklifinə "hə" dedi
-
Magazin119:24"Brilliant Dadaşova, belə mahnı oxuma, efirə sanballı çıx"
-
Qoroskop18:36Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir
-
Ekologiya17:215 gün fasiləsiz yağış yağacaq, sel gələcək
-
Nida Xəbər 16:36Rusiya Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
-
Hadisə15:54Dəhşətli qəzada ölən şəxs QAZİ İMİŞ - FOTO
-
Dünya15:48Müəmmalı cinayət: Əlsiz-ayaqsız kişi mübahisə zamanı sərnişini güllələdi












.jpg)






.jpg)








.jpg)








