Azarkeşlərdən mesaj: "Evimizi xilas edin, sahiblərimizi yox!” - FOTO
Bizi izləyin

İdman

Azarkeşlərdən mesaj: "Evimizi xilas edin, sahiblərimizi yox!” - FOTO

Azarkeşlərdən mesaj: "Evimizi xilas edin, sahiblərimizi yox!” - FOTO

“Mançester Yunayted” azarkeşləri Premyer Liqanın 12-ci turunda “Brentford”a 0:4 hesablı məğlubiyyətdən əvvəl yaşıl və qızılı rəngli baner açıblar.

Publika.az xəbər verir ki, yaşıl və qızılı rənglər “Mançester Yunayted”in rəngləridir və klub hələ “Nyuton Hit” adlandığı dövrdə (1902-ci ilə qədər) bu rəngli forma geyinib.

Banerdə “Mançester Yunayted”in yeni təyin olunmuş baş məşqçisi Maurisio Poçettinoya ünvanlanan bir mesaj var: “Xoş gəlmisiniz, Poçettino! Evimizi xilas edin, sahiblərimizi yox”.

“Mançester Yunayted” son 14 oyunda bir qələbə qazanıb. Komanda Premyer Liqada 19-cu yerdədir və bu həftəsonu sonuncu pilləyə yuvarlana bilər.

Evimizi xilas et, sahiblərimizi yox -  FOTO

Oxumağa davam et
Reklam
Reklam

Gündəm