“Kişvarda” qələbə qazandı, Nuriyev oynamadı
Bizi izləyin

İdman

“Kişvarda” qələbə qazandı, Nuriyev oynamadı

“Kişvarda” qələbə qazandı, Nuriyev oynamadı

Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi Macarıstanın “Kişvarda” komandası növbəti matçına çıxıb.

Publika.az xəbər verir ki, sözügedən komanda çempionatın 15-ci turu çərçivəsində “Nyireqhaza”nı qəbul edib.

Futbolçumuzun komandası ev oyunundan qələbə ilə ayrılıb – 3:2. Nuriyev bu maçın iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.

Bu nəticədən sonra “Kişvarda” 16 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Futbolçumuzun komandası 15 oyunda 3 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, indiyə qədər bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm