İdman
FİFA Azərbaycan millisi ilə oyundan sonra söyüş söyən futbolçunu cəzalandırıb
FİFA Norveç milli komandasının futbolçusu Ule Selnesi ağır cəzalandırıb.
"Report"un məlumatına görə, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına Bakı Olimpiya Stadionunda 0:1 hesabı ilə uduzduqları oyundan sonra hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi olub.
Nəticədə "Sent-Etyen"in 22 yaşlı yarımmüdafiəçi 11 ay müddətinə millidən kənarlaşdırılıb. Qərara əsasən o, bu müddətdə Norveç millisi ilə rəsmi oyunlarda iştirak edə bilməyəcək.
Selnes meydançanı tərk edərək paltardəyişmə otağına getdiyi zamanı tuneldə yan xətt hakiminə çox pis idarəçilik etdiklərini söylədiyini bildirib: "Mən yalnız bunu dedim. Həmin vaxt tuneldə çox səs-küy vardı. Azərbaycanlılar - assosiasiya nümayəndələri, oyunçular, stadion işçiləri qələbəni bayram edirdilər. Söylədiklərimə görə təəssüf edirəm. Mənimlə pis davrandılar. Buna baxmayaraq, qərara görə çox məyusam. Hesab edirəm ki, bu, ədalətsizdir".
Norveç Futbol Federasiyası da qərarla razı olmayaraq apellyasiya vermək variantını nəzərdən keçirir. Qurum qərarı sərt saymaqla yanaşı, futbolçunun yan xətt hakiminə söylədiklərinə görə üzrxahlıq edir.
Qeyd edək ki, matçı Liran Lianinin başçılıq etdiyi israilli hakimlər briqadası idarə edib. Azərbaycan - Norveç oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Selnes "Sent-Etyen"in heyətində Avropa Liqasının qrupunda "Qəbələ" ilə ev matçında iştirak edib.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO