İdman
Qurban Qurbanov komandasının məqsədini açıqladı
"Rəqib baş məşqçinin fikirləri ilə tanışıq. Onlar qrupdan çıxmaq üçün bu oyunun vacibliyini bildirib və qələbə qazanmaq istəyirlər. Amma qarşıda iki oyun var. Sabah belə bir stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Qələbə qazanmaq istəyirik".
Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda Yunanıstanda PAOK-la keçiriləcək görüş haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis "J" qrupunun sabah baş tutacaq qarşılaşması haqda bunları bildirib:
"PAOK-la oyundan əlavə, qarşıda iki oyunumuz var. Məqsədimiz ən azı məğlub olmamaqdır. Demək olar ki, komanda Bakıdakı kimidir. Amma ev oyunlarını fərqli oynayırlar. Nə qədər məcbur etsələr, o qədər güclü müdafiə olunmağa çalışacağıq. Amma bununla yanaşı hücumlar qurmaq, topa sahib olmaq lazımdır. Bu çətin olacaq. Çünki rəqib sürətli, individual şəkildə yaxşı çıxış edir. Çalışacağıq ki, oyunun əvvəlindəki təzyiqdən tez çıxaq".
Ardınca Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Növbəti mərhələyə hansı komandanın keçməsini istəyirsiniz?
- Bizim növbəti mərhələyə yüksəlməyimizi istəyirəm. Amma necə olacağını sabah görəcəyik.
Reynaldo, Rəşad Sadıqov və Miçelin vəziyyəti necədir? Sabah oynayacaqlar?
- Ola bilər ki, üçü də eyni anda meydanda olmasın. Amma oynamaq ehtimalları var. Ola bilər ki, biri meydanda olsun.
Sabahkı oyun üçün erkən qol ehtimalını necə qiymətləndirirsiniz? Rəqib ilk qolu vursa, oyunun taleyi necə olacaq?
- Futbolda belə hallar çox olub. Erkən qol vurmuşuq və buraxmışıq. Son dəqiqələrdə qol da buraxmışıq, məğlubiyyətdən də qaçmışıq. Oyun boyu qol buraxmamaq haqda düşünəcəyik. Qol vurmağa gəlincə, əlimizə düşən şansları istifadə etməyə çalışacağıq.
PAOK-un ev oyununu da izləmisiniz. Sabahkı oyunda "Qarabağ"ın PAOK-a qarşı Bakıdakı kimi oynamasına nə mane ola bilər?
- Rəqib çox ciddidir. İlk fikrim o idi ki, böyük hesabla məğlub ola da bilərik, qələbə də qazana bilərik. Çünki oyunçuların fərdi ustalığı yüksəkdir. Bunun üzərində dayanmalıyıq. Ola bilər ki, rəqib bizim düşünmədiyimiz, görmədiyimiz hücumlardan istifadə etsin. Hücumlar uğurlu alınırsa, bu istənilən rəqib üçün problem yaradır. Bizə isə rəqibin düşünmədiyimiz hücumları mane ola bilər.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO