İtkin düşən futbol veteranı TAPILDI - (YENİLƏNİB)
Bizi izləyin

İdman

İtkin düşən futbol veteranı TAPILDI - (YENİLƏNİB)

İtkin düşən futbol veteranı TAPILDI - (YENİLƏNİB)

Azərbaycanın itkin düşmüş tanınmış futbolçusu Faiq Cabbarov tapılıb.

Bu barədə "Report"a futbolçunun qardaşı Səttar Cabbarov məlumat verib.

Onun sözlərinə görə, artıq qardaşı ilə telefonla əlaqəsi saxlayıblar: "Onun vəziyyəti yaxşıdır. Hazırda Faiq Cabbarov Gəncə şəhərindədir".

S.Cabbarov bəzi KİV-lərdə qardaşının öldüyü haqqında yalan məlumat verilməsini də qınayıb: "Qardaşım sağ-salamatdır. Sadəcə, bəzi şəxsi səbəblərə görə bir neçə gün ailəsi ilə əlaqə saxlamayıb və ailədən onun harda olduğunu bilmirdilər. Biz də onun itkin düşdüyünü düşünürdük. Bu gün isə onunla telefonla danışdıq və Gəncədə olduğunu, heç bir problem olmadığını dedi".

Qeyd edək ki, F.Cabbarovun ailəsi üç gündən çoxdur futbolçunun itkin düşdüyünü açıqlayıb. Bəzi mətbuat orqanları isə onun öldüyü haqqında məlumatlar yayıb.

***

Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarov itkin düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, "Kəpəz"in sabiq müdafiəçisinin ailəsi ondan 3 gündür xəbər tuta bilmir.

Bəzi mənbələrdə onun dünyasını dəyişdiyi bildirilir. Lakin qardaşı Səttar Cabbarov "Report"a açıqlamasında F.Cabbarovun vəfatı barədə heç bir dəlilin olmadığını deyib: "Bu xəbəri azarkeşlərdən biri yayıb. Özüm də buna görə Gürcüstandan Gəncəyə qayıdıram. Amma nə həyat yoldaşı, nə də digər iki qardaşım Faiqin öldüyünə dair dəlil tapa bilməyiblər. Yazıblar ki, evində vəfat edib. Ölübsə, meyiti hardadır? Sonuncu dəfə 3-4 gün əvvəl ailəsinin yanında olub. Özüm də bir neçə gün əvvəl telefonla danışmışam. Ondan sonra qardaşımı görən olmayıb".

"Kəpəz " klubundan bildirilib ki, F.Cabbarovun itkin düşməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verilib. Eyni zamanda son zamanlar yaşadığı yataqxanaya baxış keçirilib. İdarədən "Report"a bildirilib ki, F.Cabbarovun axtarışları davam etdirilir: "Cabbarovun son zamanlar yaşadığı yataqxanaya, həmçinin morq və xəstəxanalara baxış keçirilsə də, heç bir nəticə ortaya çıxmayıb. Hazırda onun ölümü ilə bağlı məlumatlar araşdırılır. Hələlik Faiq Cabbarov idarədə itkin kimi qeydiyyata salınıb".

Qeyd edək ki, Faiq Cabbarov müxtəlif illərdə "Kəpəz", "Avtomobilçi", "Neftçi", "Şəmkir" kimi komandaların formasını geyib. Sabiq müdafiəçi 1993 - 1998-ci illərdə Azərbaycan yığmasında da oynayıb. F.Cabbarov bu müddətdə 21 matça çıxıb və qol vurmayıb. Bundan əlavə 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Məşqçi karyerasında isə son iş yeri 2010-2011 mövsümündə fəaliyyətini bərpa edən "Şəmkir" olub.

***

Karyerası "Kəpəz"lə bağlı olan, bir zamanlar yığmamızın şərəfini qoruyan Faiq Cabbarov dünyasını dəyişib.

44 yaşlı sabiq futbolçu haqqında yayılan ölüm xəbəri dəqiqləşib. Karyerasına doğma klubu olan "Kəpəz"də başlayan Cabbarov, 2005-ci ildə məhz Gəncə təmsilçisinin heyətində futbolla vidalaşıb.

1993-98-ci illərdə yığmamızın şərəfini qoruyan F.Cabbarov 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. 2000-ci ildə keçirilən sorğuda ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülən müdafiəçi "Neftçi"nində şərəfini qoruyub. Cabbarov ümumilikdə "Kəpəz"in heyətində 195 oyuna 19 qol vurub. (sportfm.az )

Oxumağa davam et
Reklam
Reklam

Gündəm