İdman
Cavadov ABŞ-a gedən təyyarəni niyə tərk edib?
San Fransiskoda keçirilən ABŞ-Azərbaycan qarşılaşmasının ətrafında yaşanan söz-söhbət səngimək bilmir.
Publika.az xəbər verir ki, azarkeşlərə vəd olunan biletlərin verilməməsinin ardınca daha bir qalmaqal veteran futbolçu İsgəndər Cavadovla yaşanıb.
Belə ki, ABŞ-a yollanacaq heyətdə AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun da adı olub. Onun üçün bilet və San Fransiskoda oteldə yer də sifariş olunub.
İsgənədr Cavadov ABŞ-a gedən təyyarəyə də minib. Ancaq sonradan təyyarəni tərk edərək ABŞ-a getməkdən imtina edib. Sportal.az saytının verdiyi məlumata görə, təyyarədəki “biznes-klass”da AFFA-nın baş katibi Elxan Məmmədovun qohumları, dost-tanışları oturduğundan, veteran futbolçuya “ekonom-klass”da yer təklif olunub. Özünə qarşı belə münasibətdən inciyən Cavadov təyyarəni tərk edərək ABŞ-a getməkdən imtina edib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Futbol+” qəzetinə verdiyi açıqlamada Cavadovun hava limanından döndüyünü təsdiqləyib. Ancaq AFFA sözçüsü hadisənin təfərrüatları barədə məlumatsız olduğunu bildirib.
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI