“Keşlə” bütün öhdəlikləri yerinə yetirdi - AÇIQLAMA
Bizi izləyin

İdman

“Keşlə” bütün öhdəlikləri yerinə yetirdi - AÇIQLAMA

Artıq qış transfer pəncərəsi bağlanıb, təlim-məşq toplanışları başa çatıb. Toplanışın əsas hissəsini Türkiyənin Antalya şəhərində keçirən komandalar vətənə geri qayıdıb. Komandalar çempionat və kubok oyunlarına hazırlaşmaq üçün artıq məşqlərə də başlayıb.

Ötən mövsüm qalmaqallarla yadda qalan “Keşlə” isə yeni mövsümə aktiv şəkildə hazırlaşıb.

Publika.az-a açıqlama verən “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov paytaxt təmsilçisinin qış toplanışını iki şəhərdə keçirdiyini deyib:

“Bakı və Antalya toplanışını başa vurduq. Komanda bu gündən məşqlərə start verir. Çempionat oyununa hazırlaşırıq. Ayın 11-də “Səbail” komandası ilə görüşümüz var. Qış hazırlığından sonra ilkin plan bu oyuna lazımi şəkildə hazırlaşmaqdır. Qış hazırlıq mərhələsi, ümumilikdə, çox yaxşı keçdi. Bakı toplanışında 3 yoxlama oyunu keçirdik və hamısında qələbə qazandıq. Türkiyədə 10 gün ərzində daha 3 yoxlama oyununa çıxdıq. Birində qalib birində məğlub olduq, digərində isə bərabərə qaldıq. Bilirsiniz ki, yoldaşlıq görüşlərində nəticə önəm daşımır. Əsas komandanın oyun taktikasına alışması, oyunçuların bir-biri ilə anlaşa bilməsidir. “Keşlə” də bütün bu öhdəlikləri toplanışda lazımınca yerinə yetirə bildi. Qış toplanışın nəticələri qarşıdakı oyunlarda özünü göstərəcək”.

S.Məmmədov qeyd edib ki, komandada psixoloji və fiziki ab-hava qənaətbəxşdir:

“Hazırlıq prosesində ciddi zədələnən olmadı. Sadəcə yüngül xəsarətlər qeydə alındı. Futbolçuların ümumi psixoloji vəziyyəti isə olduqca yaxşıdır. Başa düşürlər ki, kubok oyunu var. Bu oyunun nəticəsi Avropaya çıxmaq şansını artırır. Ona görə oyunlara köklənirlər. Eyni zamanda da çempionat oyunlarında mübarizəni gücləndirmək istəyirlər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm