Şad xəbər –“Fənərbaxça” Çempionlar Liqasına qatıla bilər
Bizi izləyin

İdman

Şad xəbər –“Fənərbaxça” Çempionlar Liqasına qatıla bilər

Martens Hüquq Bürosu "Fənərbaxça"ya bu mövsüm Çempionlar Liqasında iştirak etmək zəmanəti verib.

Publika.az xəbər verir ki, “sarı-göylü” komandanın ortaq çalışdığı Martens Hüquq Bürosundan sevindirici xəbər gəlib.

Büron “Fənər” rəhbərliyinə belə cavab verib: “Məhkəməni qazanacağımıza əminik. Əgər “Fənərbaxça” yeni mövsümdən nəhənglər liqasına gedərsə, sizdən vəkillik ödənişi olaraq 2 milyon avro nağd pul alacağıq. Əks təqdirdə ödəniş olmayacaq”.

Qeyd edək ki, “sarı göylü” komanda CAS-ın qərarı ilə iki il müddətinə Çempionlar liqasından uzaqlaşdırılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm