İdman
"Beşiktaş" azarkeş qrupundan Azərbaycanda NÜMUNƏVİ ADDIM - FOTO
“Beşiktaş” komandasının Azərbaycanda ən böyük azarkeş ordusu olan “Baku Kartalları” və “Gəncə Kartalları” kənd məktəblərinə yardım kampaniyası təşkil edib.
Publika.az xəbər verir ki, könüllü qrupu kampaniya çərçivəsində ilk yardımı Daşkəsən rayonunun Şahvələdli kənd ümumi orta məktəbində və kənd ətrafındakı bütün tədris yerlərində oxuyan ibtidai sinif şagirdlərinə edib.
Azarkeşlər toplam 50 şagirdə müxtəlif dərs ləvazimatları, geyimlər, oyuncaqlar və başqa əşyalar paylayıb. Bununla yanaşı, əməliyyat olunacaq bir azyaşlıya maddi yardım göstərib. “Baku Kartalları” qrupunun admini Elçin Behbudovun Publika.az-a verdiyi məlumata görə, kampaniya uzun müddət davam edəcək:
“Hələ ki, ilk hədəfimiz Daşkəsən rayonudur. Rayonun ucqar kəndlərindəki uşaqlara yardım etməyi düşünürük. Son nəfəsimizə qədər bu kampaniyanı davam etdirmək niyyətindəyik. Heç kimdən maliyyə yardımı almırıq. Bu işdə bizə təkcə “Beşiktaş”lı ruhumuz kömək edir”.

Zümrüd
-
Magazin208:4826 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi











.jpg)




.jpg)

















.jpg)
