İdman
"Real" Qaret Beyli aldığı qiymətdən aşağı satışa çıxardı
“Real Madrid” Qaret Beyli satışa çıxarır.
Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub uelsli ulduzu yayda transfer etmək niyyətindədir.
Xəbərə görə, "Kral klubu" təcrübəli oyunçuya 90 milyon avroya qiymət qoyub.
Qaret Beyl “Tottenhem” və “Bavariya” kimi klubların diqqətindədir. Almaniyanın “Bild” nəşrinə açıqlama verən futbolçu isə “futbolda heç bir şey üçün “əsla” deyə bilməzsiniz. “Bavariya” hər zaman Avropanın ən güclü komandalarından biri olub və adımın belə bir klubla yanaşı çəkilməsi xoş hissdir. Amma hazırda "Real"ın futbolçusuyam və burda çox xoşbəxtəm” deyib.
Qeyd edək ki, Qaret Beyl 2013-cü ildə “Tottenhem”dən “Real”a 101 milyon avro qarşılığında keçib. Hazırda “Transfermarkt”da 70 milyon avro qiyməti olan oyunçu bu mövsüm çıxdığı 33 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə edib.
Zümrüd
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi



































.jpg)

