İdman
İdman naziri klub prezidentinə zəng etdi: "O matça çıxmasanız..."
Türkiyənin idman naziri Osman Aşkın Bax “Beşiktaş” klubun prezidenti Fikret Ormana zəng edib.
Publika.az xəbər verir ki, idman naziri ölkə futbolunda böhran yaranmamaq üçün komandanın “Fənərbaxça” ilə Türkiyə kuboku çərçivəsində keçiriləcək oyuna çıxmasını rica edib.
Prezident isə boykot qərarının təkcə onun düşüncəsi olmadığını bildirib və “boykotdan geri atarsam, mən bu kresloda otura bilmərəm” cavabını verib.
İdman naziri isə “son qərarı sizə buraxıram. Ən doğru olanı edəcəyinizə inanıram” mesajını göndərib.
Qeyd edək ki, Türkiyə kuboku çərçivəsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” matçı 57-ci dəqiqədə tribunada yaşanan olaylar səbəbilə yarımçıq qalmışdı. Türkiyə Futbol Federasiyası oyunun qaldığı yerdən davam etməsi qərarını vermiş, “Beşiktaş”ın idarə heyəti isə iclas keçirərək oyuna çıxmamaq qərarını qəbul etmişdi.
Zümrüd
-
Magazin102:12Yenicə ailə quran Xana əri ilə tanışlıq hekayəsini danışdı - VİDEO
-
Maraq dünyası01:11Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qeyri-adi təkliflərə açıq olun
-
İdman20 Avqust 23:55"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNDİ
-
İdman20 Avqust 22:48Messi karyerasında 922-ci qolunu belə vurdu - VİDEO
-
Magazin220 Avqust 22:2422 yaşlı fenomen motosiklet qəzasında öldü
-
İKT20 Avqust 22:12Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”
-
İKT20 Avqust 21:00Mais Ağayevə vəzifə verildi














.jpg)

















