İdman
Bir derbi ilə iki hədəf: "Beşiktaş"ın prezidenti və baş məqçisi istefa verəcək
Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” oyununda başından ağır zədə alan baş məşqi Şenol Güneş klubun prezidenti Fikret Ormanla görüşüb.
Publika.az xəbər verir ki, təcrübəli məşqçi ağır şərtlər altında vəzifəsinə davam edə bilməyəcəyini deyib.
“Türkiyə futbolu çirkləndi. Artıq belə bir quruluşun parçası olmaq istəmirəm. Haqlı ikən haqsız vəziyyətə salmağa çalışdılar. Liqanın vəziyyəti nə olursa-olsun, belə şərtlər altında işləyə bilmərəm. Bu, həm özümə, həm də sizə haqsızlıq olar”-, Güneş qeyd edib.
Prezident F.Orman isə baş məşqçi sakitləşdirməyə çalışıb:
“Tələsik hərəkət etsək, yanlış qərar verə bilərik. Mövsüm bitsin, hər şeyi masada müzakirə edərik. Mənim üçün də inzibati və rəhbərlik məsələlərində ciddi problemlər yaranıb”.
Təcrübəli məşqçi Super Liqanın 31-ci həftəsində “Qalatasaray” ilə görüşdən öncə verdiyi açıqlamalarda klubdan ayrılacağı iddialarını cavabsız qoymuşdu. Lakin derbidən sonra kədərli görüntüləri baş məşqçinin postundan gedəcəyi iddialarını gücləndirib.
Zümrüd
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu



























.jpg)










