İdman
"Neftçi"nin "ev"i təmirə bağlandı - Komanda harada oynayacaq?
“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionu bu gündən etibarən təmirə bağlanacaq.
Publika.az xəbər verir ki, təmir ot örtüyünün yenilənməsi prosesi ilə əlaqədardır.
Bu barədə AFFA-nın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Hazırkı ot örtüyündə son oyun AFFA – “Aqro Sport” şirkətinin (arenanın ot örtüyünə xidmət göstərən qurum) və “Neftçi” PFK-nın əməkdaşlarından təşkil olunmuş komandalar arasında keçirilib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb.
Qeyd edək ki, beynəlxalq ənənəyə əsasən, stadionun ot örtüyü yenilənməzdən əvvəl köhnə ot örtüyü üzərində son oyun həmin arenaya aidiyyatı olan qurumların əməkdaşları arasında keçirilir.
Təmirlə əlaqədar "Neftçi" mövsümün son ev qarşılaşması olan "Səbail"lə matçı başqa stadionda keçirməli olacaq. Qarşılaşmanın rəqib komandanın meydanında, yəni, "Bayıl Arena"da olma ehtimalı yüksəkdir.
Qeyd edək ki, "Neftçi" - "Səbail" matçı mayın 12-də, Topaz Premyer Liqanın 27-ci turu çərçivəsində keçiriləcək.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

